Bakıda yük maşını iki minik avtomobilini VURDU - FOTOLAR
Qəzalar
7 İyun 2022 12:18
Oxunub 1440

Bakıda yük maşını piyada zolağında iki minik avtomobilini vurub.
Avtosfer.az-ın xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, "Azadlıq" metro stansiyası yaxınlığında qeydə alınıb.
Belə ki, yük maşını hərəkətdə olan "Mercedes-Benz" və "Hyundai Tucson" markalı avtomobillərini arxadan vurub.
Qəzada xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


"Unikal"
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













