Əhmədlidə yanacaq daşıyan qatar avtomobillə toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB

Bu gün səhər saatlarında paytaxtın Xətai rayonu, Kənd Əhmədli ərazisində baş verən hadisə zamanı yol hərəkətinin təhlükəsizliyi qaydalarının pozulduğu aşkar edilib.
Bu barədə Avtosfer.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
O bildirib ki, məsələ ilə bağlı aidiyyəti üzrə əraziyə polis əməkdaşları cəlb edilib:
“1949-cu il təvəllüdlü Y.Fərəcov saat 08:10 radələrində dəmir yolu xəttinin keçdiyi ərazidən “Hyundai” markalı 90-UA-288 dövlət nömrə nişanlı avtomobili ilə keçərkən yük qatarı ilə toqquşub. Toqquşma güclü olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır. Yekun nəticə əsasında hadisəyə hüquqi qiymət veriləcək. Xatırladaq ki, nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Ölən yoxdur”.
***
Bu gün səhər saat 8:30 radələrində Xətai rayonu, kənd Əhmədli adlanan ərazidə
yanacaq daşıyan qatar 90-UA-238 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil ilə toqquşub.
Hadisəyə səbəb avtomobilin qatarın qarşısına çıxması olub.
Qeyd edək ki, qatar yolunda nəzarətçi və "şlaqbaum" yoxdur.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO













