Bakıda yüngül qəza baş verdi; sürücülər yolu kəsdilər - VİDEO

Bakıda baş verən yüngül qəza səbəbindən yolda sıxlıq yaranıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 3-də, paytaxtın İnşaatçılar prospektində baş verib. Belə ki, ara məsafəsini düzgün seçməyən "Volkswagen" markalı avtomobilin sürücüsü qarşıdakı "Hyundai" markalı avtomobilə toxunub. Hadisə nəticəsində "Hyundai"ın bamperində çox balaca bir hissə zədələnib. Bu səbəbdən sürücülər yolun ortasında dayanaraq hərəkətə mane olublar.
Sürücülərə tövsiyə edirik ki, yüngül qəzalar baş verən zaman yolun kənarında dayanaraq prosedura uyğun hərəkət etsinlər. Əksər sürücülərin yaddaşında qalmış yanlış bir düşüncə var ki, qəza olan zaman maşınları yerindən tərpətmək olmaz. Qəza zamanı günahın hansı sürücüdə olması məlumdursa, hətta onların yolun kənarında dayanmasına da ehtiyac yoxdur. Birbaşa Dövlət Yol Polisi İdarəsinə gedərək bunu rəsmiləşdirməlidirlər.
Fərid
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO












