Balakəndə avtomobilinin vurduğu piyada xəstəxanada ölüb
Qəzalar
28 Dekabr 2020 00:23

Balakən rayonunun Heydər Əliyev prospektində ölümlə nəticələnən yol hadisəsi baş verib.
APA-nın məlumatına görə, Balakən şəhər sakini, 1958-ci il təvəllüdlü Bəxtiyar Əmrullah oğlu Osmanov yolu keçmək istəyən zaman rayon sakini Faiq İbrahim oğlu Həşimovun idarə etdiyi “VAZ 2107” markalı 90 HO 133 dövlət nömrə nişanlı minik avtomobili tərəfindən vurulub.
Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan B.Osmanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralı bir neçə saat sonra aldığı ağır xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxunub : 1572
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:06
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
15 Oktyabr 2026 14:06
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
15 Oktyabr 2026 13:30
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
ŞƏRH YAZ












