Balakəndə yol qəzası baş verib, sürücü ölüb

Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə saat 15 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 146-cı kilometrliyində - Balakən rayonu ərazisindən keçən hissəsində baş verib. 1993-cü il təvəllüdlü Balakən rayonu Mahmalar kənd sakini Kərim İbadullah oğlu Qaracayev idarə etdiyi “VAZ 2101” markalı minik avtomobili ilə Balakəndən Zaqatala istiqamətində hərəkət edərkən idarəetməni itirib. Bundan sonra o, maşını yolun kənarındakı ağaca çırpıb. Hadisənin ardından maşın yolun kənarındakı çökəkliyə aşıb. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Kərim Qaracayev Balakən Mərkəzi Xəstəxanasına (MRX) aparılıb. Həkimlərin səyinə baxmayaraq Kərim Qaracayev dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda ağır qəza baş verdi
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB











