Banner

Bərdədə avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib

Qəzalar 13 Sentyabr 2021 08:38 Oxunub 2874
Bərdədə avtomobil yeniyetməni vuraraq ağır xəsarət yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bərdədə yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Məhərrəmov Elmir Elşən oğlunu vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona təpə-ənsə sümüyünün sınığı, qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh