Biləsuvarda motosiklet qadını vuraraq öldürüb

Qəzalar 16 Sentyabr 2021 09:42
Biləsuvarda motosiklet qadını vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun

Biləsuvar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Report-un məlumatına görə, hadisə Biləsuvar şəhərinin mərkəzi hissəsində qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Fərid Həsənli idarə etdiyi "Yamaha" markalı motosikletlə rayon sakini, 1962-ci il təvəllüdlü İradə Əhmədovanı vurub.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 800
ŞƏRH YAZ
Ad

E-mail

Şərh