Binəqədidə iki avtomobil toqquşub, xəsarət alan var

Qəzalar 27 May 2021 08:24
Binəqədidə iki avtomobil toqquşub, xəsarət alan var
WhatsApp kanalımıza abunə olun

Bakıda xəsarətlə nəticələnən növbəti yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Xocahəsən yolunda iki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü, Hacıyev Nəbi Hümbət oğlu bədən xəsarətləri alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. N.Hacıyevin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1742
ŞƏRH YAZ
Ad

E-mail

Şərh