Bir ailə ağır qəzaya düşdü, ÖLƏN var: Yaralıların son durumu açıqlandı - FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Hacıqabul rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumunu açıqlayıb.
Avtosfer.az-ın məlumatına görə, TƏBİB-dən cavab olaraq bildirilib ki, qəzada xəsarət alanlar - 1954-cü il təvəllüdlü Bakı şəhər sakini (qadın cinsli) baldırın geniş ölçülü açıq yarası, qapalı kəllə-beyin travması, 1955-ci il təvəllüdlü Bakı şəhər sakini (kişi cinsli) belin sağtərəfli küt travması diaqnozu ilə TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə hospitalizasiya olunublar:
"Yaralılara lazımi tibbi xidmətlər göstərilib. 1954-cü il təvəllüdlü vətəndaşın müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, digəri isə ambulator müalicə üçün evə buraxılıb".
(oxu.az)
***
Hacıqabulda bir ailənin 3 üzvü qəzaya uğrayıb, onlardan biri ölüb. Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Bakı-Qazax avtomagistralının Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Kamaz" markalı yük maşınının aşması nəticəsində Bakı sakini, 1977-ci il təvəllüdlü Məmmədov Samir hadisə yerində ölüb. Yasamal rayon sakinləri, 1954-cü il təvəllüdlü Məmmədova Füruzə Əsəd qızı və 1955-ci il təvəllüdlü Məmmədov Sahib Fərzəli oğlu xəsarət alaraq Şirvan rayon xəstəxanasına yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
(APA)
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO















