Bu gecə Bakıda 4 piyada vurulub: 3 qadın, 1 kişi

Paytaxtın Nərimanov və Yasamal rayonlarında yol-nəqliyyat hadisələri baş verib.
Yeni Yasamal yaşayış massivində piyadanı avtomobil vurub.
1976-cı il təvəllüdlü Qocayeva Samirə Telman qızı piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçərkən minik avtomobilinin zərbəsilə üzləşib.
Analoji hadisə Nərimanov rayonunda da baş verib. Metronun "Gənclik" stansiyasının yaxınlığında 1972-ci il təvəllüdlü Mustafayeva Sevinc Fərhad qızı piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçərkən onu avtomobil vurub.
Yaralıların hər ikisi 3 nömrəli şəhər klinik xəstəxanasına yerləşdirilib.
Bakının Sabunçu və Suraxanı rayonlarında da xəsarətlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib.
Ramana qəsəbəsində paytaxt sakinini avtomobil vurub. 1986-cı il təvəllüdlü Süleymanov Araz Paşa oğlu yolu keçərkən minik avtomobilinin zərbəsi ilə üzləşib. Yaralı xəstəxanaya yerləşdirilib.
Digər piyada vurulması ilə nəticələnən yol qəzası Günəşli qəsəbəsində qeydə alınıb. 1952-ci il təvəllüdlü Abbasova Tamara Salman qızı yolun əks tərəfinə keçərkən onu mikroavtobus vurub. Yaralı çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Hər iki faktla bağlı Sabunçu və Suraxanı Rayon Polis İdarələrində araşdırma aparılır.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO












