Yevlaxda faciə: Toyuna hazırlaşan qız qəzada həlak oldu, bir nəfər itkin düşdü - YENİLƏNİB - FOTO - VİDEO

Daxili İşlər Nazirliyi Yevlax rayonunda bu gün toyu olacaq qızın gözəllik salonuna gedərkən yol qəzasında ölməsi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabrın 7-də səhər saatlarında Yevlax rayonunun Səmədabad kəndi ərazisində Gəncə şəhər sakini Famil Qasımov idarə etdiyi "BMW" markalı avtomobili su kanalına aşırıb:
“Nəticədə F.Qasımov və sərnişini Nuranə Hüseynova ölüblər. Digər sərnişinlərdən Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib, Günay Hüseynovanın axtarışları davam etdirilir”.
Faktla bağlı araşdırma aparılır.
09:40
Yevlaxda bu gün toyu olacaq qız gözəllik salonuna gedərkən yol qəzasında ölüb.
“Report”un bölgə müxbiri xəbər verir ki, minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb.
Nəticədə avtomobil Qarabağ su kanalına düşüb. Avtomobilin içərisində olan bir qadın və bir kişi həlak olublar.
Onların meyitləri tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Məlumata görə, qəzada ölən 18 yaşlı qızın bu gün toyu olacaqdı. Qəza hadisəsi qız toya hazırlıq məqsədilə səhər saatlarında gözəllik salonuna gedərkən baş verib.
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
Sabunçuda AĞIR QƏZA: Ölən var
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO












