Cəlilabadda yol qəzası: sürücü yaralandı

Cəlilabadda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 123-cü kilometrliyində qeydə alınıb. Saatlı rayon sakini Gəray Qasımovun idarə etdiyi “VAZ-2106” markalı, minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Xaliq Nuriyevin idarə etdiyi Cəlilabad qaz istismar sahəsinə məxsus “Ford” markalı, yük maşınına çırpılıb. Güclü zərbə nəticəsində “VAZ-2106” markalı avtomobil tamamilə yararsız hala düşüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü isə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Burada zərərçəkmişə lazımi tibbi yardım göstərilib, bununla belə onun vəziyyəti ağır olaraq şalır. Artıq qəza ilə bağlı baş dövlət yol polis idarəsinini istintaq və təhqiqat şöbəsində araşdırmalara başlanılıb.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












