Cərimələrlə bağlı yenilik olacaq - Sürücülərin diqqətinə!

İnzibati xətaya görə sürcülərin məsuliyyətə cəlb olunması qaydası dəyişir.
Avtosfer.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara (Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalara) görə inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxsin inzibati məsuliyyətə cəlb olunması istisna edilib.
Layihədə 45-ci maddəyə təklif edilən dəyişikliyə görə qərarların icrasının sürətləndirilməsi, elektron sistemlərin effektivliyinin artırılması məqsədilə təkcə Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulan inzibati xətalara görə deyil, eyni zamanda digər inzibati xətalara görə inzibati tənbeh vermə haqqında elektron qərar, habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün yaradılan elektron kabinetdə yerləşdirilmədiyi halda da şəxs inzibati məsuliyyətə cəlb olunmayacaqdır. Həmçinin qeyd olunan məqsədlərə nail olmaq üçün layihədə 45-ci maddənin yeni redaksiyada verilərək səlahiyyətli orqanlar (qurumlar) tərəfindən baxdıqları inzibati xətalar haqqında işlər üzrə qərarlar (qərardadlar) və protokollar barədə Məcəllə ilə müəyyən edilmiş məlumatların özlərinin informasiya sistemlərinə 24 saat ərzində və 45-ci maddədə nəzərdə tutulan digər hallarda isə dərhal yerləşdirilməsi ilə bağlı müddəaların əlavə edilməsi də təklif edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Sərnişin "BakuBus"un avtobusundan yıxıldı - Xəstəxanaya yerləşdirildi
Zərdabda avtomobil yol kənarındakı maneəyə çırpılıb, dörd nəfər xəsarət alıb - FOTO
Goranboyda "Ford" "Kamaz"la toqquşdu: Xəsarət alan var - FOTOLAR
Gəncədə ağır qəza - Yaralı var - FOTO
Qəbələdə işıqsız və nişansız küçədə taksi aşdı - VİDEO
Bakı-Ələt yolunda zəncirvari qəza - 3 maşına maddi ziyan dəydi - VİDEO
Yuxulayan sürücü qəza törətdi; özü və həyat yoldaşı öldü - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Biləsuvardakı qəzada həlak olan Şərifağanın FOTOsu
Sükan arxasında mürgülədi; avtomobili yük maşınına çırpdı - VİDEO
“Camry” ilə iki uşağı vurub qaçdı; polis meşədən tapdı - VİDEO
Azərbaycanlı Türkiyədə qəzaya düşdü; idarə etdiyi ATV uçuruma yuvarlandı - FOTO










