Daha bir ailə faciəsi; sürəti aşan «Hyundai» kanala düşdü

Cəlilabadrayonundaölümlə nəticələnəndəhşətliyol-nəqliyyatqəzası baş verib. APA-nınməlumatınagörə, hadisə gecə Ələt-Astaramagistralının 124-cü kilometrliyində - yolunCəlilabadşəhəriərazisindənkeçənhissəsində qeydə alınıb. Yardımlı rayonu Osnağaran kənd sakini, 1964-cü il təvəllüdlü Şahəli Quliyevin idarə etdiyi “Hyundai Santafe” markalı, 90 DH 277 dövlət nömrə nişanlı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı kanala aşıb. Sürücü və onun sərnişini, qardaşı, 1967-ci il təvəllüdlü Araz Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı oğlu, 1984-cü il təvəllüdlü Rauf Manafov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır hesab edilir. İlkin versiya kimi, qəzanın yüksək sürətlə hərəkətdə olan “Hyundai”ın qəfildən idarəetməni itirməsi səbəbindən baş verdiyi göstərilir. Dəqiq səbəblər isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












