DƏHŞƏT: 5 ayda yollarımızda 404 nəfər ölüb

Azərbaycanda 2014-cü ilin 5 ayı ərzində 996 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 404 nəfər ölüb, 1003 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunu Trend-ə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 152 (13,2%), ölənlərin sayı 39 (8,8%), yaralananların sayı isə 244 (19,6%) fakt azalıb. Hadisələrin 370-i paytaxt Bakıda baş verib. Nəticədə 113 nəfər ölüb, 364 nəfər xəsarət alıb. Ötən ilin analoji dövrü ilə müqayisədə hadisələrin sayı 47 (11,3%), ölənlərin sayı 24 (17,5%), xəsarət alanların sayı isə 64 (14,9%) fakt azalıb. Respublika üzrə baş verən yol qəzalarının 337-si toqquşma nəticəsində baş verib. Bu, yol-nəqliyyat hadisələrinin 33,8%-ni təşkil edib. Nəticədə 135 nəfər ölüb, 462 nəfər yaralanıb. Qəzaların 13,1%-i aşma (131 hadisə, 80 ölüm, 124 yaralı), 10%-i maneəni vurma (100 hadisə, 42 ölüm, 100 yaralı), 28,9%-i sürət həddini aşma (288 hadisə, 144 ölüm, 232 yaralı), 31,1%-i ötmə və əks istiqamətli hərəkət zolağına çıxma (310 hadisə, 120 ölüm, 364 yaralı), 8,2%-i yolayrıcını keçmə qaydalarının pozulması (82 hadisə, 24 ölüm, 122 yaralı), 2,1%-i avtomobilin sərxoş vəziyyətdə idarə olunması (21 hadisə, 10 ölüm, 26 yaralı) səbəbindən baş verib.
Qeyd edək ki, bu ilin 5 ayı ərzində Azərbaycanda piyadaların vurulması ilə 377 hadisə baş verib. Nəticədə 127 nəfər ölüb, 278 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Bu, ölkədə ümumən baş verən yol-nəqliyyat hadisələrinin 37,8%-ni təşkil edib. Baş vermiş yol-nəqliyyat hadisələri zamanı 33 uşaq ölüb, 68 azyaşlı isə yaralanıb.
Toy karvanında həlak olan gənclərin FOTOsu
Sükan arxasında telefondan istifadə CAN ALDI - FOTO
"BMW" ağaca çırpıldı, 2 azərbaycanlı həlak oldu - Toy kortejində qəza - FOTO
Sumqayıtda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Bakıda maşının qapısını qəfil açan sərnişin qəzaya səbəb oldu - ANBAAN VİDEO
Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu - VİDEO
"Təhlükəsizlik kəməri taxılmadıqda travma riski 2–3 dəfə artır" - Baş həkim
Binədə “BYD” dəmir maneəni aşaraq yol kənarına düşdü - VİDEO
Sürət və diqqətsizlik Bakıda minlərlə yol qəzasına səbəb olub - NİİM-dən ÇAĞIRIŞ
Qazla işləyən “Reno” getdiyi yerdə alovlanıb partladı - VİDEO
Kənar dairəvi yolda idarəetmədən çıxan “Toyota” yararsız hala düşdü - VİDEO

















