Dəhşətli qəzada ölənlər direktor müavininin ailə üzvləri imiş

Dünən axşam saatlarında Qax rayonunda 3 nəfərin ölümü, 7 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəzada dünyasını dəyişən 3 nəfər Şəki rayon Cəfərabad kənd orta məktəbinin direktor müavini Rüfət Qurbanovun ailə üzvləridir.
Belə ki, “Ford” markalı avtomobillə toqquşan “VAZ-21015”də dünyasını dəyişənlər - sürücü 35 yaşlı Həbib Qurbanov onun oğlu, 62 yaşlı Gülnarə Qurbanova həyat yoldaşı, 1989-cu il təvəllüdlü Aygün Qurbanova isə gəlini olub.
Avtomobildə olan R.Qurbanovun digər gəlini və 4 nəvəsi isə xəsarət alıb. Vəfat edən Gülnarə Qurbanova həm də kənd məktəbinin rus dili müəllimi imiş.
Onlar bu gün Cəfərabad kəndinin məzarlığında dəfn ediliblər.
Bildirilir ki, ailə üzvləri Balakəndəki qohumlarını ziyarət edib Şəkiyə qayıdarkən qəzaya düşüblər. Hadisə vaxtı “Ford” markalı avtomobilin sürücüsü və sərnişini də xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
İsmayıllıda ağır yol qəzası baş verib, 5 nəfər yaralanıb
Əyləci tutmayan yük maşını faciəyə səbəb oldu: 1 ölü, 10 yaralı - VİDEO
Qəzaya səbəb olan qadın avtobus sürücüsü ilə mübahisə etdi - VİDEO
Cəlilabadda “Prius” və “VAZ” toqquşdu, sərnişin xəsarət aldı - VİDEO
Bakının mərkəzində iki sərnişin avtobusu toqquşdu - FOTO
Bakıda zəncirvari qəza: Beş maşın toqquşdu - VİDEO
Ağır QƏZA: ölən var
Lökbatanda qəza: “Mercedes” və “Toyota” toqquşdu - VİDEO
“Prius” aylardır davam edən təmir zonasındakı maneəyə çırpıldı - VİDEO
Dəhşətli qəzada ölən Elmirin FOTOsu
Hacıqabulda ağır qəza: Yük maşını baryerləri qıraraq əks yola çıxdı - VİDEO










