DİN-dən Təbriz Gülalıyevin düşdüyü avto qəza ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin dünən düşdüyü qəza ilə bağlı açıqlama verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, polis baş leytenantı Zeyni Hüseynov bildirib ki, hadisə mayın 25-də axşam saat 18 radələrində qeydə alınıb: "Vətəndaş Təbriz Gülalıyev idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Sabunçu rayonunun Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən vətəndaş Aynur Əhmədovanın idarə etdiyi "Kia" markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq şöbəsində müvafiq araşdırma aparılır. Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyətini orta-ağır olaraq qiymətləndirir".
Qeyd edək ki, T. Gülalıyev özü qəza zamanı qarşıdan gələn avtomobillə toqquşduğunu bildirmişdi: "Qarşıdan gələn avtomobil məhdudlaşdırıcı xətti keçdi və biz toqquşduq".
Xatırladaq ki, Oqtay Gülalıyev də ötən ilin sentyabrında piyada xəttində avtomobil vurması nəticəsində komaya düşüb.
Bakıda “Chevrolet” aşdı, sürücü xəsarət aldı - VİDEO
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB












