DSX-nin hərbçisinin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru polis kapitanı Aslan Qiyaslı bildirib.
O deyib ki, rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edilib ki, hadisə noyabrın 22-də rayonun Şükürbəyli kəndində qeydə alınıb.
Belə ki, "Shacman" markalı yük avtomobili hərəkətdə olarkən Xidmətə məxsus "UAZ" markalı avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə qəza baş verib və bir neçə hərbçi xəsarət alıb, baş çavuş Elmir Abbasov isə xəstəxanada vəfat edib.
Hazırda yaralıların müayinə və müalicəsi davam etdirilir.
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO










