Füzulidə dəhşətli qəza: Sərnişin alın şüşəsindən asfalta çırpıldı - AÇIQLAMA - VİDEO

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polis İdarəsinə sorğu ünvanladıq.
İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev cavab olaraq faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə ötən gün saat 16 radələrində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli rayonunun Qarabağ kəndi ərazisində keçən hissəsində baş verib.
"Füzuli rayon sakini Elbin Allahverdi oğlu Məmmədovun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Kürdmahmudlu kənd sakini Seymur İnqilab oğlu Misirovun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil toqquşub.
Qəza nəticəsində 39 yaşlı Elbin Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Əraziyə yol-patrul xidmətinin əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqlarına biganə yanaşmamağa çağırır",- deyə məlumatda vurğulanır.
(oxu.az)
***
Füzulidə baş verən dəhşətli qəzanın görüntüsü sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 21-də saat 16:00 radələrində baş verib. Belə ki, ötmə əməliyyatını düzgün yerinə yetirməyən "Toyota" markalı avtomobilin sürücüsü qarşıdan gələn "VAZ 2106" markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində "VAZ" markalı avtomobildəki sərnişin alın şüşəsindən çıxaraq asfalta çırpılıb, sürücüsü isə ağır yaralanıb.
Sözügedən videonu təqdim edirik:
Fərid
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO
Qubada AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var
Aydında polis avtomobili ilə minik maşını toqquşub: İki yaralı - FOTO











