Gəncə-Daşkəsən yolunda zəncirvari qəza olub, xəsarət alanlar var  - FOTO

Qəzalar 23 Avqust 2021 14:42
Gəncə-Daşkəsən yolunda zəncirvari qəza olub, xəsarət alanlar var   - FOTO
WhatsApp kanalımıza abunə olun

Göygöl rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Report-un məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Chevrolet" və iki "VAZ" markalı avtomobil toqquşub. Nəticədə xəsarət alanların olduğu bildirilir. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxunub : 1530
ŞƏRH YAZ
Ad

E-mail

Şərh