Göyçayda minik maşını 3 avtomobillə toqquşaraq mağazaya girib - HADİSƏ ANI - VİDEO

Göyçay rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol qəzası baş verib.
Avtosfer.az-ın xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb\
Yolda sürətlə hərəkət edən "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib, avtomobil yoldan çıxaraq kənarda dayanmış "VAZ 2106", "VAZ 21011" və "VAZ 2107" markalı avtomobillərə çırpılıb. Sonra "VAZ 2107" markalı avtomobil elektrik dirəyini aşırıb, telefon mağazanın pəncərəsindən içəri daxil olub.
Hadisə zamanı mağazanın qarşısındakı piyada səkisində olan bir nəfər və avtomobillərdə olan 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Telefon mağazasının sahibi Rauf Musayev APA-nın yerli bürosuna bildirib ki, hadisə zamanı mağazadakı işçilər xəsarət almayıb.
Qəza zamanı obyektin pəncərələri, içəridəki vitrinlər, mobil telefonlar, təmir avadanlıqları, aksesuarlar sınıb. Sahibkara ümumilikdə 4 min manatdan çox maddi ziyan dəyib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/v4olibVwGKs" title="YouTube video player" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO
Ara məsafəsi saxlamadılar; zəncirvari qəza baş verdi - ANBAAN VİDEO
Sumqayıtda AĞIR QƏZA: Ölən var
Azərbaycanda DƏHŞƏTLİ QƏZA baş verdi - VİDEO
Nigeriyada ağır yol qəzasında 21 nəfər ölüb
Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO
Müşfiqabadda qəza: İki maşın toqquşdu, gənc sürücü yaralandı - VİDEO
Beyləqanda ağır qəza - ÖLƏN VAR












