Göyçayda qəza: 1 ölü, 5 yaralı

Göyçayda iki minik maşını toqquşub, bir nəfər ölüb, 5 nəfər ağır xəsarət alıb. APA-nın məlumatına görə, Göyçay rayonunda bir nəfərin ölümü, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Hadisə avqustun 3-də saat 18:00 radələrində Göyçay-Bəydövül yolunun 20-ci km-liyində, rayonun Mırtı kəndi ərazisində qeydə alınıb. Mırtı kənd sakini, 1976-cı il təvəllüdlü Fərhad Aslanovun idarə etdiyi “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn, Şəkər kənd sakini, 1967-ci il təvəllüdlü Azad Şirinova məxsus “NAZ Lifan” markalı maşınla toqquşub. Hadisə nəticəsində ”VAZ 21011” markalı avtomobilin sürücüsü Fərhad Aslanov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun 11 yaşlı oğlu Yanvar Aslanov, eləcə də “NAZ Lifan”ın sürücüsü Azad Şirinov və sərnişinləri – Göyçay rayonunun Veysəlli kənd sakini, 2004-cü il təvəllüdlü Hacıyev Nicat Əliş oğlu və Şəkər kənd sakinləri, 1972-ci il təvəllüdlü Şirinova Şəfaqət Fazil qızı və 2000-ci il təvəllüdlü Qasımov Məhəmməd Hakim oğlu müxtəlif bədən xəsarətləri alaraq, Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












