Hacıqabulda baş verən ağır qəzada xəsarət alanların son durumu AÇIQLANDI - YENİLƏNİB

"Hacıqabul rayon Atbulaq ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili təxirəsalınmaz tibbi yardım şöbəsinə daxil olub".
Avtosfer.az xəbər verir ki, bu məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib.
"Onlardan 1972-ci il təvəllüdlü şəxsə (kişi cinsli) mil biləyin əzilməsi, 1971-ci il təvəllüdlü şəxsə (qadın cinsli) kəllə beyin travması, 1997-ci il təvəllüdlü şəxsə (qadın cinsli) alının əzilmiş yarası və burunun sınığı, 1976-cı il təvəllüdlü şəxsə (qadın cinsli) isə döş qəfəsinin əzilməsi, alının kəsilmiş yarası diaqnozu qoyulub. Hər birinə zəruri tibbi xidmət göstərilib və ambulator müalicə üçün evə buraxılıblar"- deyə məlumatda bildirilir.
(oxu.az)
***
09:40
Hacıqabulda yol qəzasında 3-ü bir ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili idarəetmədən çıxaraq yoldakı maneə çırpılıb.
Qəza nəticəsində Sumqayıt şəhər sakinləri - 1994-cü il təvəllüdlü Həşimov Mirağa Yaşar oğlu, 1971-ci il təvəllüdlü Həşimova Reyhan Əliağa qızı, 1997-ci il təvəllüdlü Həşimova Raya Yaşar qızı və Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İsgəndərova Şəfiqə Nəsib qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
(report)
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB












