Hacıqabulda “Ford” “KamAZ”a çırpılıb, xəsarət alan var

Qəzalar 20 Sentyabr 2021 23:46 Oxunub 1236
Hacıqabulda “Ford” “KamAZ”a çırpılıb, xəsarət alan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Hacıqabulda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə axşam saatlarında Bakı-Qazax magistralının rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Ford” markalı avtomobil qarşıda gedən “KamAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb. Nəticədə “Ford”un sürücüsü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///report

ŞƏRH YAZ
Ad

E-mail

Şərh