Hamilə qadını öldürüb qaçan sürücü budur; tutulub - VİDEO

Abşeron rayonu, Hökməli-Qobu yolunda iki piyadanın vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, qəza zamanı naməlum sürücü idarə etdiyi avtomaşınla yolu keçən piyada Nuriyev Fərhad Kazım oğlu və onun həyat yoldaşı Əməşova Səbinə Nürüddin qızını vurub. Qəzadan sonra Səbinə xanım hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı isə ağır vəziyyətdə bir saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Piyadaları vuran sürücü isə qəzadan sonra onlara heç bir yardım göstərmədən ərazidən uzaqlaşıb. Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində piyadaları vuran sürücü Ehtiram Müzəffərli hadisədən təxminən 7 gün sonra saxlanılaraq istintaqa cəlb olunub. O, piyadaları idarə etdiyi “ZİL” markalı yük maşını ilə vurub.
Saxlanılan şəxs Ehtiram Müzəffərli deyir ki, "İki nəfər cıxdı qabağıma. Bu zaman ani olaraq maşınla vurdum. Onlar yolun qırağına düşdülər, qorxuduğum üçü qaçdım".
Ehtiram Müzəffərli barəsində artıq Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qəti-imkan tədbiri seçilib, istintaq davam edir.
Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişən piyada Səbinə Əməşova Fərhad Nuriyevlə yeni ailə qurubmuş və o, hadisə zamanı hamilə olub.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












