İki sərnişin avtobusu toqquşub, yaralananlar var – FOTO
Qəzalar
3 Avqust 2014 14:53

171 saylı marşrut dayanacaqda dayanan 65 saylı avtobusa çırpılıb
Paytaxtda iki sərnişin avtobusu toqquşub. Hadisə Nəsimi rayonu ərazisində 3-cü mikrorayon dairəsi yaxınlığında qeydə alınıb. 171 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu dayanacaqda dayanan 65 saylı avtobusa çırpılıb. Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər arasında xəsarət alan olub. Yaralılara ilkin tibbi yardım göstərilib. Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 65 saylı avtobusun sürücüsünün izahatı alınsa da, qəzanı törətməkdə şübhəli bilinən digər sürücünü dindirmək mümkün olmayıb. Buna səbəb qəzadan dərhal sonra sürücünün hadisə yerini tərk etməsi olub.
Qeyd edək ki, qəza nəticəsində hər iki sərnişin avtobusu ciddi zədələnib. Faktla bağlı araşdırmalar aparılır.
Oxunub : 2006
DİGƏR XƏBƏRLƏR
9 Sentyabr 2026 10:41
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
9 Sentyabr 2026 09:06
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
8 Sentyabr 2026 14:06
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
8 Sentyabr 2026 13:23
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
8 Sentyabr 2026 13:18
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
8 Sentyabr 2026 11:41
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
7 Sentyabr 2026 19:27
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
7 Sentyabr 2026 18:56
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
7 Sentyabr 2026 15:41
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
7 Sentyabr 2026 15:30
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
7 Sentyabr 2026 12:23
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
7 Sentyabr 2026 11:06
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
ŞƏRH YAZ










