İcra başçısının avtomobilini vurdular - Başçı maşında olmayıb
Qəzalar
2 Noyabr 2022 20:18

Mingəçevirdə yol-nəqliyyat hadisəsi olub. Hadisə şəhərin “20 Yavar” küçəsində, İcra Hakimiyyəti binasının qarşısında baş verib. “Opel” markalı avtomobil, “Nissan” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, “Nissan” markalı avtomobil Mingəçevir şəhər icra başçısı İlham İsmayılovun xidməti maşını olub. Hadisə baş verərkən isə başçı avtomobildə olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, Mingəçevir şəhəri ərazisində “Opel” markalı avtomobilin sürücüsü arxaya hərəkət edərkən manevr etmə qaydalarını pozub və “Nissan” markalı avtomobilə dəyib. Qaydanı pozan “Opel”in sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci ( manevr etmə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb və nəqliyyat vasitələri yüngül zərər görüb.
Oxunub : 2938
DİGƏR XƏBƏRLƏR
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
24 Noyabr 2026 10:18
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
24 Noyabr 2026 09:30
Şəhidimizin həyat yoldaşını maşın vurub ÖLDÜRDÜ
24 Noyabr 2026 09:23
Aparıcının öldüyü qəzanın səbəbləri araşdırılır
24 Noyabr 2026 09:11
Sumqayıtda AĞIR QƏZA: ÖLƏN VAR
23 Noyabr 2026 17:00
Hava limanı yolunda 6 maşın bir-birinə çırpıldı - VİDEO
23 Noyabr 2026 15:18
Maşın körpüdən aşdı: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
23 Noyabr 2026 12:03
Ağcabədidə “Mercedes” “KamAZ”a çırpıldı, sürücü xəsarət aldı - VİDEO
23 Noyabr 2026 11:23
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
ŞƏRH YAZ












