İmişlidə yoldan çıxan maşın aşdı, 2 nəfər öldü - FOTO - VİDEO

Bu gün səhər saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonu Ağaməmmədli kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumatda bildirilib. İmişli rayon sakini X.Bayramov idarə etdiyi “VAZ-21015 ” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan sərnişin, rayon sakini F.Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra orada vəfat edib.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO
















