İmişlidə yanacaq daşıyan avtomobil aşdı: xəsarət alanlar var - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
***
İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.
Ələkbər Ələkbərovun idarə etdiyi “Mercedes” markalı yanacaq daşıyan yük avtomobili idaretməni itirərək yoldan çıxıb və aşıb.
Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə FHN-in İmişli rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












