Kəlbəcərdə dəhşətli qəza: İki nəfər ölüb, çox sayda yaralı var - YENİLƏNİB

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişənlərin və xəsarət alanların kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, iyun ayının 25-i saat 20:30-da Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun İstibulaq kəndi ərazisində "Mercedes" markalı avtomobilin aşması barədə məlumat daxil olub.
Polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçiriblər.
Hadisə nəticəsində Kəlbəcər rayon sakinləri - 1955-ci il təvəllüdlü Məqsəd Lazımov və 1958-ci il təvəllüdlü Qənirə Hüseynova ölüblər, 1988-ci il təvəllüdlü Elnur Qocayev, 1979-cu il təvəllüdlü Vüsal Yusifov, 1980-ci il təvəllüdlü Elşad Rəsulov, 1982-ci il təvəllüdlü Xəyalə Yusifova və 1984-cü il təvəllüdlü Ruhanə Rəsulova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə İstibulaq kəndində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes ML" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Bildirilib ki, maşında olan şəxslər arıçılıq təsərrüfatı ilə məşğul olan işçilər imiş.
Hadisə nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb.
(oxu.az)
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB
Hövsanda qəza: Maşının buferi qopub mağazanın şüşəsini sındırdı - VİDEO
Yük maşını 12 yaşlı velosipedçini vurub ÖLDÜRDÜ
Azərbaycanda yol qəzalarının sayı azalıb: Bəs ölüm halları niyə yüksəkdir? - RƏY
Xırdalan dairəsində qəza: Moped “Chevrolet”lə toqquşub aşdı - VİDEO
Bərdədə tanınmış həkimin avtomobillə vurub öldürdüyü Fəridin FOTOsu
Qazaxda ikisi uşaq olmaqla dörd nəfərin öldüyü qəzanın səbəbi bu imiş... - VİDEO












