Ksenona görə gözü qamaşan sürücü yola çıxan inəyi vurdu - ANBAAN VİDEO

Yolda baş verən qəza anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, günün qaranlıq saatlarında hərəkət edən sürücü yolu keçən iribuynuzlu heyvanı vurub. Buna səbəb isə qarşıdan gələn avtomobilin işıqlarının onun gözünü qamaşdırması olub. Sürücü yola çıxmış sahibsiz heyvanı son anda gördüyü üçün qəza qaçılmaz olub.
Son zamanlar yol polisi əməkdaşlarının işıq cihazlarına qarşı keçirtdiyi reydlər məhz belə qəzaların qarşısını almaq məqsədi daşıyır. Əksər sürücülər avtomobilin zavod tərəfindən quraşdırdığı işıq cihazlarına müdaxilə edərək led, ksenon tipli işıqlar quraşdırırlar. Bunu isə mütəxəssis müdaxiləsi olmadan edirlər. Avadanlığı quraşdırdıqdan sonra onların yayıcılığını, işıq buraxmasını, düşmə bucağını nizamlamadan yola çıxırlar və sonda bu cür hadisələrin baş verməsinə səbəb olurlar.
Məsələlərdən biri heyvanların yola buraxılmasıdır. Qanunvericiliyə görə heyvanlar sahibsiz şəkildə asfalt yola ötürülməməlidir. Bu hadisədə sürücüyə dəymiş ziyanı yola çıxan heyvanın sahibi qarşılamalıdır.
Digər məsələ isə sürücünün təhlükədən, qəzadan yayınmasıdır. “Yol hərəkəti haqqında” qanunda qeyd olunub ki, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Bu o deməkdir ki, sürücünün gözləri qamaşırsa sürəti azaltmalı və təhlükənin olmadığına əmin olduqdan sonra hərəkətini davam etdirməlidir.
Nərminə Əli
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO










