Kürdəmirdə ağır yol qəzası: 3 nəfər ölüb - FOTO

Kürdəmirdə ağır yol qəzasında ölənlərin və xəsarət alanın kimliyi məlum olub.
Avtosfer.az ”Report”a istinadən xəbər verir ki, bunlar rayonun Cəyli kənd sakinləri Xanalıyev Ceyhun Ağanəzər oğlu, Xanalıyev Toğrul Hikmət oğlu və Əhmədov Süleyman Qarakişi oğlu dünyasını dəyişib.
Umudov Əflatun Əflan oğlu isə ağır bədən xəsarətləri alıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
----
Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Cəyli kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobilin sürücüsü Kürdəmir istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq bir neçə dəfə çevrilərək yol kənarına aşıb.
Qəza zamanı avtomobildə olan üç nəfər dünyasını dəyişib, bir nəfər isə ağır bədən xəsarətləri alaraq Təcili Tibbi Yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ

















