Kürdəmirdə zəncirvari yol qəzası oldu: xəsarət alanlar var - FOTO

Kürdəmir rayonunda zəncirvari yol qəzası olub, xəsarət alanlar var.
"Report" xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ 2107" markalı avtomaşının sürücüsü, Göygöl rayon sakini olan 21 yaşlı Eşqin Əliyev Kürdəmir istiqamətində hərəkətdə olarkən əvvəlcə onunla eyni istiqamətdə hərəkətdə olan “Chevrolet” markalı avtomobilə, daha sonra isə yol kənarında dayanana “Mercedes” markalı yük maşınına çırpılıb.
Nəticədə VAZ-da olan sürücü və onun anası, Göygöl rayon sakini 43 yaşlı Həsənova Mətanət Camal qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.




Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO












