Lənkəranda avtomobil ağaca çırpıldı - Xəsarət alan var

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə bu gün səhər Lənkəran rayonunun Viravul kəndi ərazisində qeydə alınıb.
Lənkəran rayon sakini 1996-cı il təvəllüdlü Gülyanaq Əkrəm qızı Hüseynlinin idarə etdiyi KIA markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünü hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çıxarıblar, daha sonra onu aidiyyəti üzrə təhvil veriblər.
G.Hüseynli təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Məlumata görə, hadisə yağışlı havada avtomobilin qarşısına çıxan iti vurmamaq üçün manevr edən zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
(apa)
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO












