Lənkəranda axund yol qəzasında ölüb - VİDEO

Lənkəran rayonunun Mamusta kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Xezerxeber.az-ın məlumatına görə, Lənkəran rayon Daşdaleğjar kənd sakini Şafiq Abbasov idarə etdiyi "Muravey" markalı motosikletlə kənd ərazisində hərəkətdə olarkən piyada 47 yaşlı Əkrəm Hüseynovu vurub.
Hadisə yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması alan Əkrəm Hüseynov xəstəxanada dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəni törətməkdə şübhəli bilinən Şafiq Abbasov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundu idi.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO












