Axundu motosikletlə vurub öldürən sürücü tutulub - YENİLƏNİB

Lənkəranda axundu motosikletlə vurub öldürən sürücü saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev məlumat verib.
Hadisə 18 noyabr saat 19 radələrində Mamusta kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı qapalı kəllə beyin travması alan 1975-ci il təvəllüdlü Əkrəm Hüseynov xəstəxanaya çatdırılsa da, orada ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən S.Abbasov saxlanılaraq, istintaqa cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
18 noyabr 21:50
Lənkəranda yol qəzası baş verib.
Apa-nın verdiyi məlumata görə, hadisə Mamusta kəndi ərazisində baş verib.
Üç təkərli “Murovey” motosikleti kənd ərazisində hərəkətdə olarkən piyada- 1975-ci il təvəllüdlü Əkrəm Cəlal oğlu Hüseynovu vurub.
Dərhal hadisə yerinə Şürük kəndinin Təcili Tibbi Yardım əməkdaşları çağırılıb.
Yaralı ağır vəziyyətdə dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Qeyd edək ki, xəsarət alan Əkrəm Hüseynov Lənkəran rayonunun Bala Şürük kənd məscidinin axundudur.
Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağır qəza: Ölən və yaralılar var - FOTOLAR - YENİLƏNİB
Autizmli uşağını bağçaya qoyub qayıdırdı: Dəhşətli qəzanın DETALLARI - VİDEO - YENİLƏNİB
Siyəzəndə AĞIR QƏZA: İki yük maşını toqquşdu - VİDEO - YENİLƏNİB
Ağdaşda yük maşınları toqquşdu: Ölən var - YENİLƏNİB
Bulvarda "BMW" park edilmiş 3 maşına ÇIRPILDI - VİDEO
Xaçmazda ağır qəza: ÖLƏN VAR
Sumqayıtın girişində hadisə; sürücülərin prinsipi qəzaya səbəb oldu - VİDEO
Yuxulayaraq qəza törədən sürücünün ETİRAFLARI - VİDEO
Siyəzəndə qəza: Toqquşan yük maşınları yol kənarına düşdü - VİDEO
Abşerondakı ağır QƏZANIN TƏFƏRRÜATI - VİDEO - YENİLƏNİB
Bakı-Ələt yolunda “Mercedes” və “Toyota” toqquşdu - VİDEO










