Lənkəranda maşın yasdan qayıdan nənə və nəvələrini vurdu, ölən var - FOTO

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində rayon ərazisində S.Quliyevin idarə etdiyi "VAZ-2105" markalı avtomobil yol kənarında dayanmış "VAZ-21015" markalı avtomobilə çırpılıb. S.Quliyev bundan sonra idarəetməni itirib və 3 piyadanı vurub.
Nəticədə 3 yaşlı D.Məmmədli dünyasını dəyişib, nənəsi - M.Ağalıyeva və 2019-cu il təvəllüdlü U.Məmmədli xəsarət alıblar.
Araşdırma aparılır.
----
Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub və digər avtomobilə çırpılıb. APA-nın verdiyi məlumata görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Nənə və 5 yaşlı nəvənin müalicəsi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.



Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












