Lerikdə müəllim yol qəzasında ölüb - FOTO
Qəzalar
26 Dekabr 2020 17:41

Lerikdə müəllim yol qəzasında dünyasını dəyişib.
Avtosfer.az-ın verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik yolunun Lerik rayonunun Günəşli kəndi ərazisində baş verib.
Belə ki, 1968-ci il təvəllüdlü Əliheydər Feyruz oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobillə idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərədəki çaya aşıb və qaya parçasına çırpılıb. Zərbənin gücündən yaralı sürücü çaya düşüb. Nəticəsində avtomobilin sürücüsü rayonun Durğan kənd sakini, kənddə müəllim işləyən Ə.Eyvazov dünyasını dəyişib.
Mərhumun meyidi müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı Lerik Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub : 1746
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 15:06
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
15 Oktyabr 2026 14:06
Bakıda iki nəfərin öldüyü qəzanın ANBAAN VİDEOSU
15 Oktyabr 2026 13:30
Sumqayıtda qəza: “Hyundai” və “Khazar” toqquşdu - VİDEO
15 Oktyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Yanacaqdaşıyan maşın traktora çırpıldı - VİDEO
15 Oktyabr 2026 10:00
Yolda "ara işləyən" taksi sürücüsü zəncirvari qəza törətdi - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:41
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
14 Oktyabr 2026 15:30
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
14 Oktyabr 2026 15:18
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
14 Oktyabr 2026 14:30
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
14 Oktyabr 2026 12:06
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
13 Oktyabr 2026 15:30
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
13 Oktyabr 2026 10:18
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
ŞƏRH YAZ












