Magistral yolda qəza - VİDEO

Paytaxt yolları kimi respublikanın magistral yolları da qəzalarsız ötüşmür. ANS-in məlumatına görə, günorta saatlarında Bakı-Hacıqabul istiqamətində baş verən ağır yol-nəqliyyat qəzası buna əyani sübutdur. Hadisə zamanı hər iki minik maşındakı sərnişinlər xəsarət alıb, avtomobillərin hər ikisi də tamamilə yararsız vəziyyətə düşüb. Şahidlərin sözlərinə görə, hadisə yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin “QAZ 31" markalı minik maşının qarşısına çıxması səbəbindən baş verib. Nəticədə də hər iki avtomobil bir-birinə çırpılıb. Qəza zamanı, ümumilikdə avtomobillərdə olan 5 nəfər yaralanıb. Əraziyə 3 təcili tibbi yardım maşını çağırılıb və xəsarət alanlar dərhal Hacıqabul Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan biri qadın, digəri uşaq, yerdə qalan 3 nəfər isə kişidir. Hacıqabul rayon təcili yardım briqadasının şöbə müdiri Sevinc Kazımovanın sözlərinə görə, xəstələrin hər birinə vaxtında ilkin tibbi yardım göstərilib. Hadisə yerinə isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, rayon Yol Patrul Xidmətinin müfəttişləri də də cəlb olunub. Əraziyə baxış keçirən Yol Patrul Xidmətinin əməkdaşları hadisənin əsl səbəbinin aparılan araşdırmaların sonunda bəlli olacağını bildirdi.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












