Banner

Maşın qaçıran şəxs iki avtomobili vurub əzdi

Qəzalar 9 May 2014 00:13
Maşın qaçıran şəxs iki avtomobili vurub əzdi
WhatsApp kanalımıza abunə olun
Şəmkirdə baş vermiş hadisəni törədən şəxs bəllidir

Mayın 7-də Şəmkir şəhəri ərazisində “VAZ-21011” markalı avtomobillə yolun kənarında dayanmış şəhər sakinləri Xaliq Hüseynova məxsus “VAZ 21120” və Seymur Süleymanova məxsus “Mercedes” markalı avtomobillər vurulub. Xəsarət alan olmasa da, avtomobillərə qismən ziyan dəyib. Şəmkir RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı “VAZ-21011” markalı avtomobilin şəhər sakini Mobil Mərdanova məxsus olması və həmyerlisi İlqar Rzayev tərəfindən qaçırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Rzayev saxlanılıb və izahatı alındıqdan sonra buraxılıb. RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

 


Emin

Oxunub : 2334
ŞƏRH YAZ
Ad

E-mail

Şərh