“Mercedes” maneəyə çırpılıb: sürücü ölüb

Masallıda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın məlumatına görə, hadisə iyulun 14-də saat 18.00 radələrində Ələt-Astara magistralının 156-cı kilometrliyində, rayonun Təzə Alvadı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallının Digah kənd sakini, 20 yaşlı Fəxri Tale oğlu Əhədovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı beton maneəyə çırpılıb. Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb, sürücü isə aldığı çoxsaylı bədən xəsarətlərindən dünyasını dəyişib. Hadisə yerinə çağırılmış Səhiyyə Nazirliyinin Masallı Regional Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasının köməkliyi ilə Fəxri Əhədovun meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. İlkin versiya kimi qəzanın “Mercedes” markalı minik avtomobilin sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.
Hazırda faktla bağlı araşdırma aparılır. Yekun nəticə müvafiq ekspertizanın verəcəyi rəydən sonra məlum olacaq.
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO












