"Mersedes Ateko" ağaca çırpıldı; xəsarət alan var

Qaxda yük maşınının ağaca çırpılması nəticəsində bir nəfər xəsarət alıb.
Avtosfer.az xəbər verir ki, hadisə gecə saat 04 radələrində Qax-Zaqatala avtomobil yolunun Qax rayonu Güllük kəndi ərazisindən keçən hissəsində baş verib.
Balakən rayon sakini 1966-cı il təvəllüdlü Nəsib Mamed oğlu Mustafayevin idarə etdiyi “Mersedes Ateko” markalı 90 LR 851 dövlət nömrə nişanlı yük maşını idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Qəza zamanı maşında olan sərnişin Balakən rayon sakini 1985-ci il təvəllüdlü Əli Nizami oğlu Dato xəsarət alıb və o, maşının kabinəsində sıxılmış vəziyyətdə qalıb.
Ə. Dato Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq hadisə yerinə çağrılmış Qax Rayon Təcili Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Ə. Dato Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO
Azərbaycan vətəndaşı Rusiyada qəza törətdi - 1 nəfər ÖLDÜ
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu - FOTOLAR
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Avtobus gözləyirdi maşın vurub ÖLDÜRDÜ












