Milli Qəhrəmanın polis oğlu yol qəzasına düşdü

Bakının Nərimanov rayonunda ağır-yol nəqliyyat hadisəsi baş verib. Qəza Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə baş verib. Paşayeva Asya Namiq qızının idarə etdiyi KİA markalı avtomobil Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən dairədən prospektə dönmək istəyən "Lexus" markalı maşınla toqquşub. Qəza nəticəsində dörd nəfər xəsarət alıb. Onlardan KİA-nın sürücüsü Paşayeva Asya Namiq qızı, eləcə də, "Lexus"un sürücüsü, 35 yaşlı Şükürov Sənan Şahlar oğlu və sərnişin, 36 yaşlı Sarıyev Elxan Çingiz oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Digər yaralının isə xəsarətləri yüngül olduğundan, ona hadisə yerində ilkin tibbi yardım göstərilib. Kliniki Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, Sənan Şükürovun vəziyyəti ağırdır.
Qeyd edək ki, Sənan Şükürov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinin kapitanıdır. O, Milli Qəhrəman Şahlar Şükürovun oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əvəz Şükürovun nəvəsidir. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində verilən məlumata görə, Sənan Şükürov təhqiqatçı vəzifəsində çalışır.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü















