Minik avtomobili yük maşınının altında qaldı: 4 yaralı – FOTOLAR

Bakı-Şamaxı yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari avtomobil qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün saat 15:30 radələrində yolun 108-ci kilometrliyində, Şamaxı rayonu ərazisində qeydə alınıb. Acıdərə adlanan ərazidə yolun enişli hissəsində “KamAZ” markalı yük avtomobilinin əyləc sistemində yaranan problem səbəbindən sürücü idarəetməni itirib və sementlə dolu yük maşını yoldan çıxaraq qarşı tərəfdən gələn avtomobillərin yoluna çıxıb, daha sonra “Mercedes” və “VAZ-2107” markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı 1989-cu il təvəllüdlü Qəbələ sakini Ağarəhimov Ziya Şirvan oğlu, Qobustan sakinləri - 1983-cü il təvəllüdlü Ağayev Qalib Əliabbas oğlu, 1958-ci il təvəllüdlü Ağayev Tərlan Nadir oğlu və onun 9 yaşlı oğlu Ağayev Rəsul Tərlan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı və Qobustan rayon xəstəxanalarına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO













