Nardaranda ağır qəza: Minik və yük avtomobilləri toqquşdular - VİDEO - YENİLƏNİB

"Bakının Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb".
Bunu açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli deyib.
O, qeyd edib ki, hadisə bu gün saat 10-da sözügedən ərazidə qeydə alınıb:

"Belə ki, MAN markalı 77-AV-629 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü idarəertməni itirərək "Mercedes Benz" və "Toyota" markalı avtomobillərə çırpılıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlardan biri, "Mercedes" markalı avtomobilin yanında dayanan Murad Raqib oğlu Abbasov, digəri isə nəqliyyat vasitələrinin birində sərnişin qismində olan Akşin Məhəmməd oğlu Ağamalıyevdir. Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır".
***
Bakının Sabunçu rayonu Nardaran qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Belə ki, 77-RZ-481 dövlət nömrə nişanlı "Toyota Aqua" markalı avtomobil yük maşını ilə toqquşub. Nəticədə minik avtomobili yolayrıcının üstündə olan kamera dirəyinə çırpılıb və dirək əyilib.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
(oxu.az)
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO
Bakıda "Hyundai" "Mercedes"ə çırpıldı - Sürücü öldü
Bakı-Qazax yolunda ağır QƏZA - AVTOBUS AŞDI - VİDEO
Qubada AĞIR QƏZA: Ölən var - YENİLƏNİB
Qazaxda AĞIR QƏZA: İki qardaş...- FOTO - YENİLƏNİB
Şahbuzda ağır qəza - 3 ölü, 9 yaralı var
Aydında polis avtomobili ilə minik maşını toqquşub: İki yaralı - FOTO










