Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb

Qəzalar 8 İyun 2022 11:49
Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
WhatsApp kanalımıza abunə olun

İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Oxunub : 1270
ŞƏRH YAZ
Ad

E-mail

Şərh