«Niva» yanıb bu hala düşdü – FOTOLAR

Lənkəranda minik avtomobili yanıb. APA-nın məlumatına görə, hadisə iyulun 15-də saat 19.00 radələrində Lənkəran-Boradigah şose yolunun rayonun Cil kəndindən keçən hissəsində qeydə alınıb. Lənkəranın Diryan kənd sakini, 1978-ci il təvəllüdlü Rafiq Mirzəxan oğlu Kazımova məxsus “Niva” markalı, 10 LA 304 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən mühərrik hissəsi alışıb. Sürücü dərhal maşını saxlayaraq, yanındakı sərnişinlə birlikdə yerə atılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin bir yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Onların səyləri ilə yanğın söndürülsə də, avtomobil tamamilə yararsız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğına avtomobilin mühərrik hissəsində elektrik naqillərinin qısaqapanmasının səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO


















