Nobel prospektində iki “Opel” toqquşdu

Bakının Xətai rayonunda iki minik maşınının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Nobel prospektində baş verən hadisə zamanı üzü şəhər istiqamətində hərəkətdə olan “Opel” maraklı minik avtomobilinini sürcüsü döngədə maşına nəzarəti itirib. Maşını normal vəziyyətə gətirməyə çalışan sürücü buna nail ola bilməyincə, onunla eyni istiqamətdə hərəkət edən digər “Opel” markalı maşına çırpıb. Bundan sonra tamamilə sürücünün nəzarətindən çıxan avtomobil yol kənarındakı ticarət obyektinin qarşısına basırılan dəmir borulara çırpılıb.
“Opel”in sürücüsü Elvin Həsənzadənin köməyinə ətrafdakı insanlar gəlib. Yaralı sürücü hadisə şahidlərinin köməyi ilə maşından çıxarılaraq 3 saylı şəhər xəstəxanasına aparılıb. Dəmir borulara çırpılan maşının mühərrik hissəsində tüstülənmə müşahidə olunduğundan, qabaqlayıcı təbdir kimi əraziyə yanğınsöndürmə birqadası da çağırılıb. Qəzanın təfərrüatlarını Xətai polisi araşdırır.
Hadisəyə səbəb kimi sürücünün sürət həddini aşması və dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir.
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO












