Ödənişli Bakı-Quba yolunda eyni yerdə iki QƏZA: Səkkiz nəfər xəsarət aldı - FOTO - VİDEO

"Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunun 150-200 kilometrliyində baş verən qəzada bir nəfər ağır xəsarət alıb".
Bu məlumatı Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev cavab olaraq verib.
O, qeyd edib ki, hadisələr ödənişli yolun Bakı - Quba istiqamətində baş verib:
"1993-cü il təvəllüdlü Bakı şəhər sakini Gülgün Tahir qızı Rəfiyevanın idarə etdiyi "Chery" markalı 77-ED-687 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin təkərində yaranmış nasazlıq səbəbindən avtomobil yoldan çıxaraq aşıb, sürücü yüngül bədən xəsarəti alıb. Həmin vaxt eyni istiqamətdə hərəkətdə olan 1990-cı il təvəllüdlü Güldəstə Natiq qızı Hüseynovanın idarə etdiyi "Chevrolet" markalı 77-GH-013 dövlət nömrə nişanlı avtomobil 1989-cu il təvəllüdlü Cavid Nəsib oğlu Nəsiblinin idarə etdiyi "KIA Optima" markalı 10-HD-202 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə çırpılıb. İlkin ehtimala görə, Cavid Nəsibli baş verən əvvəlki yol-nəqliyyat hadisəsini gördüyü üçün diqqəti yayınıb, avtomobilin sürətini azaldıb və bu zaman arxadan gələn Güldəstə Hüseynovanın idarə etdiyi avtomobil ona çırpılıb. Hadisə nəticəsində Güldəstə Hüseynovanın avtomobilində olan nənəsi 1952-ci təvəllüdlü Güldəstə Hüseynova aşağı ətrafın sınığı ilə xəstəxanaya yerləşdirilib. Digər şəxslərə isə ilkin tibbi yardım göstərilib və evə buraxılıblar, ciddi xəsarətləri yoxdur".
***
12:50
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda, eyni ərazidə iki avtomobil qəzası baş verib.
Avtosfer.az xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınan avtoqəzalar zamanı ümumilikdə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

.jpg)
.jpg)

Hadisə şahidlərinin bildirdiyinə görə, əvvəlcə “Chery” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Az sonra həmin yerdə KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.
Faktla bağlı araşdırma aparılır.
(oxu.az)
Tanınmış iş adamı qəzada HƏYATINI İTİRDİ - FOTO
Nizamidə zəncirvari qəza: Nişanı gözardı edən sürücü 3 maşına ziyan vurdu - REAL VİDEO
Cərimə meydançasına aparılan avtomobili yandırdı: Həbs olundu - VİDEO
Bakıda ara məsafəsini gözləməyən sürücü öndəki avtomobili vurdu - VİDEO
Əyləclə qazı səhv salan xanım sürücü maşını aşırdı - VİDEO
Qəzaya səbəb olub bir neçə avtomobilə ziyan vuran sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Bu ölkədə hər 3 dəqiqədə 1 nəfər yol qəzalarında həyatlarını itirir - FOTO - VİDEO
Skuter və motosiklet toqquşdu; hər iki sürücü ağır yaralandı - VİDEO
Paytaxtda “QAZel”in yük yeri dağıldı, kartoflar yola səpələndi - VİDEO
Bakıda “KamAZ”la toqquşan avtomobil aşdı - ANBAAN VİDEO
Qəzaya səbəb olan polis avtomobilinin sürücüsü hadisə yerindən qaçdı - VİDEO














