Ölümə gedən sürücü qəzaya səbəb oldu, yol polisi günahsız sürücünü cərimələdi - FOTO - VİDEO

Bakı-Şamaxı yolunda insanları ölümlə üz-üzə qoyan sürücünün videosu anbaan avtomobildəki kameraya düşüb. Həmin hadisədə qəzaya düşən sürücü Ziya Ağarəhimov şikayətini Avtosfer.az">Avtosfer.az-a bildirib: "Sentyabrın 11-də Bakı-Şamaxı yolunda hərəkət edən zaman 10-SA-036 qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil anidən mənim hərəkət etdiyim zolaqda qarşıma çıxdı. Üz-üzə toqquşmadan və çox ağır qəzadan yayınmaq üçün son zərurət vəziyyətindən istifadə etdim. Yəni, avtomobili sağa çəkdim və bu zaman məndən sağda hərəkət edən "Opel Astra'' markalı avtomobillə toqquşdum. Qəzaya səbəb olan "VAZ" markalı avtomobilin sürücüsü isə heç nə olmamış kimi hadisə yerindən yayındı.
Sürücü Ziya Ağarəhimov bildirir ki, hadisə yerinə gələn yol polisi əməkdaşları fotoşəkillər çəkərək onları Mərəzə postuna çağırıb.
"Mərəzə Postunda hadisə ilə əlaqədar işi polis leytenantı Xəyal Hüseynov aparırdı.
İnspektora avtomobilimdə videoqeydiyyatçı olduğunu və video görüntüləri təqdim edə biləcəyimi, həmçinin qəzaya səbəb olan avtomobilin sahibinin tez bir zamanda tapılmasını dəfələrlə deməyimə baxmayaraq, dediklərimə məhəl qoymadı. Prossesi məndən və "Opel" markalı avtomobilin sürücüsündən izahat almaqla və mənim barəmdə cərimə protokolu tərtib etməklə bitirdi. Dəfələrlə nə üçün mənə cərimə tətbiq edildiyinin izahatını istəsəm də, yalnız qəzanın mənim tərəfimdən törədildiyini bildirdi. Bundan sonra hüquqşünasla əlaqə saxladım, o, mənə yazılan cərimə protokolunun əsassız olduğunu və bu barədə şikayət etməli olduğumu bildirdi.
Daha sonra DYP-nin 902 qaynar xətti ilə əlaqə saxladım. Məsələni burada yazdığım kimi ətraflı polis əməkdaşına izah etdim. Müraciətimi cavablandıran əməkdaş da mənə yazılan cərimə protokolunun əsassız olduğunu, günahın 10-SA-036 nömrəli "VAZ" markalı avtomobilin sürücüsündə olduğunu və avtomobillərə dəyən ziyanın da onun sığortası ilə qarşılanmalı olduğunu bildirdi.
Lakin yenə də heç bir nəticə dəyişmədi.
Sürücü Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyindən məsələyə yenidən baxılaraq düzgün qərar verilməsini, günahkar şəxsin cəzalandırılmasını və ona yazılmış protokolun ləğv olunmasını xahiş edir.
Fərid
Ramanada sərnişin avtobusları toqquşdu - VİDEO
Yolayrıcına təhlükəli şəkildə daxil olan sürücü qəza törətdi - REAL VİDEO
Maştağada idarəetmədən çıxan “Mercedes” obyekti uçurdu - VİDEO
Pilləkəndən düşən maşını yoldan keçən qadın çiyni ilə çıxardı – BAKIDA – VİDEO
Bakıda AĞIR QƏZA: Piyadanın ayaqları sındı
Döngəyə sərt daxil olan xanım sürücü avtomobillə qaraja girdi - FOTO
Şirvanda qəza: “Priora” ilə “VAZ” toqquşdu - VİDEO
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü - FOTO
Yasamalda təhlükəli ərazi: “Prius”dan sonra “Changan” da pilləkəndən düşdü - VİDEO
Parklanma yerindən çıxan sürücü özünü sola dönən maşına çırpdı - VİDEO
Yasamalda idarəetmədən çıxan “BYD” tanınmaz hala düşdü - VİDEO











